“Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir” - Azərbaycan prezidenti

28 May 2018 16:46 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda bildirib.

Azərbaycanın bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirdiyini, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik etməyə başlacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”.

AzNews.az