Serbiyada vertolyot qəzası baş verdi

28 May 2018 18:42 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Bratunaçın çətin keçilən dağlıq ərazisində baş verib. Qəza yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Lakin hadisənin baş verdiyi yer dağ silsiləsinin meşə ilə örtülü ərazisi olduğundan xilasetmə dəstələri ora gedə bilməyiblər.

Hələlik vertolyotdakı sərnişinlərin sayı barədə məlumat yoxdur.

AzNews.az