Bu Latın Amerika dövlətində prezident istefa verdi - Foto

28 May 2018 20:30 (UTC+04:00)

"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı gorusun" - Kortes öz Twitter microblogunda yazdı.

Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. Cari ilin avqust ayında o prezident kürsüsünü istənilən halda tərk edəcəkdir. Xatırladaq ki, aprel ayında səsvermə zamanı yeni prezident hakim partiyadan olan Mario Abdo Benites seçilmişdir. Abdo 1954-1989-cu illərdə ölkəni idarə edən Paraqvayın sonuncu diktatoru Alfredo Stesnerin oğludur. Yeni prezident avqustun 15-i vəzifəsinin icrasına başlayacaq.

Qanuna əsasən, Kortesin istefasından sonra parlamentin təsdiq edəcəyi təqdirdə avqusta qədər prezident səlahiyyətlərini ölkənin hazırki vitse-prezidenti Alisiya Puçeta icra edəcək.

AzNews.az