"Ölkəmiz həmişə çağırışların və təhlükələrin öhdəsindən gəlib" - Polad Bülbüloğlu (Foto)

28 May 2018 21:48 (UTC+04:00)

"Report"un Rusiya bürosu xəbər verir ki, tədbirdə qonaqları Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu salamlayıb.

O, bu tarixin Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edib. "100 illik yol heç də həmişə asan olmayıb, bəzən faciəvi olub. Lakin ölkəmiz həmişə çağırışların və təhlükələrin öhdəsindən gəlib. Bununla belə, ölkəmiz həmişə sülh, azadlıq, inkişaf və demokratiya ideyalarına cəhd edib", - deyə o bildirib.

AzNews.az