AzNews.az xəbər verir ki, final qarşılaşmasında Qəbələ və Keşlə klubları qarşılaşıb.
Gərgin keçən matçdan sonra Keşlə 1:0 hesabı ilə qələbə qazanaraq Azərbaycan Kubokunu əldə edib.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Vaqif Cavadovun ötürməsindən sonra fərqlənən Pərdis Fərcad-Azad vurub.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlanıb.