"Qəbələ"nin baş məşqçisi istefa verdi

28 May 2018 22:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Kubokunda "Keşlə" ilə oynanılan final qarşılaşması Roman Qriqorçuk üçün sonuncu oyun olub.

Belə ki, ukraynalı mütəxəssis qərarını Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşün ardından açıqlayıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi.