Bakıda daha bir forum keçiriləcək

29 May 2018 00:00 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov məlumat verib.

O deyib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların inkişaf proqramlarına qoşulub. Bu gün dünya ölkələrinin diqqət mərkəzində olan dayanıqlı inkişaf məqsədləri təşəbbüsü artıq iki ildir ki, Azərbaycanda uğurlar icra olunur.

Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli sərəncamı ilə respublikamızda dayanıqlı inkişafla əlaqədar Milli Əlaqələndirmə Şurası yaradılıb. Bir çox ölkələrin təcrübəsinə baxsaq görərik ki, Azərbaycan yeganə ölkələrdəndir ki, inkişaf məsələlərini ölkənin vacib istiqamətlərindən biri hesab edir.

““Bu ilin oktyabrında dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş Bakı Forumu keçiriləcək. Məqsədimiz dayanıqlı inkişafla bağlı Azərbaycan modelini dünyaya çatdırmaqdır. Dayanıqlı inkişaf məsələlərinə ölkəmiz çox böyük önəm verir. Hazırda müxtəlif istiqamətlərdə dövlət proqramları, strateji sənədlərin bu inkişaf məqsədlərinə uyğunlaşdırılması istiqamətində intensiv iş aparılır”, - deyə Hüseynov vurğulayıb.