Türkiyə beşinci nəsil TF-X qırıcıları istehsal edəcək

29 May 2018 10:57 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Türkiyə hərbi dairələrindəki mənbədən xəbər sızıb.

Bildirilir ki, beşinci nəsil TF-X qırıcılarının istehsalına 2023-cü ildə başlanması planlaşdırılıb.

Məlumata görə, bu qırıcıların istehsalına başlamaqla tədricən Türkiyə F-4 və F-16 təyyarələrindən imtina edəcək.

Qeyd edək ki, son ilər ərzində Türkiyə müdafiə sənayesi sahəsinə 35 milyard dolar vəsait yatırıb.

AzNews.az