Dövlət İmtahan Mərkəzi işçi axtarır

29 May 2018 11:23 (UTC+04:00)

DİM-dən verilən məlumata görə, işəgötürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Mütəxəssislərin funksiyaları test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsindən ibarətdir.

Mütəxəssislər Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika, xarici dil (ingilis, rus, alman, fransız) ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalı, Azərbaycan dilini mükəmməl bilməli, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdırlar. Onlar, həmçinin “Microsoft Office” proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidirlər.

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir.

Maraqlanan şəxslər CV-lərini iyunun 30-dək o.ismayilov@dim.gov.az elektron poçt ünvanına göndərmələdirlər.

AzNews.az