“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Keri üzüyünü gizlicə Los-Ancelesdə yerləşən zərgərlik mağazasında satışa çıxarıb. Bir müddət sonra zinət əşyasına 2.78 milyon dollara alıcı tapılıb..
İfaçının mətbuat nümayəndəsi məsələyə münasibət bildirib. O, üzüyün satıldığını təsdiq edib:
“Meray öz yolunda böyük addım atmaq istəyir. O, neqativ yüklərini arxada buraxmaq arzusundadır. Eks- nişanlısının ona verdiyi üzük də Meraya keçmişi xatırladır”.
Qeyd edək ki, Amerikanın divası avstraliyalı milyarder James Packerlə 2016-ci ildə ayrılıb.
AzNews.az