AZƏRTAC UEFA.com səhifəsinə istinadla xəbər verir ki, “Real Madrid” (162.000 xalla) ardıcıl beşinci ildir birinci yerdəki mövqeyini qoruyub. UEFA Avropa Liqasında qalibiyyətə görə, “Atletiko Madrid” (140.000) iki pillə irəliləyərək ikinci olub. “Bavariya” (135.000) və “Barselona” (132.000) hərəsi bir pillə geriləyərək üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. İlk beşliyi isə “Yuventus” (126.000) klubu tamamlayıb.
AzNews.az