Təyyarədə zarafat etdi - 11 nəfər xəstəxanalıq oldu

29 May 2018 15:10 (UTC+04:00)

Trend-in məlumatına görə, sərnişinlərdən biri bort bələdçisinin "Əşyalarınızın içində nə var" sualına "Bomba var" deyə cavab verib. Təyyarədə təşviş də məhz bundan sonra yaranıb. Belə ki, yaxınlıqdakı sərnişin bu cavabı eşidib və həyəcanlanıb, təyyarədə gərgin anlar yaşanıb.

Qarmaqarışıqlıqda 11 sərnişin müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Zarafat edən şəxsin saxlanıldığı və onu 1 ilə qədər həbs gözlədiyi bildirilir.

AzNews.az