Gənclər Fonduna 5 milyon manat ayrıldı

18 Mart 2013 20:49 (UTC+04:00)


Sərəncamda bildirilir ki, gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

AzNews.az