Radon qazı onkoloji xəstəliklərə səbəb olur

29 May 2018 17:33 (UTC+04:00)

Bu sözləri AZƏRTAC-a müsahibəsində kimya elmlər namizədi Abuəli Hüseynli deyib.

“Ümumiyyətlə müasir evlər arasında ekoloji cəhətdən təmiz olanı kərpiclə inşa edilən evlərdir. Beton evlərin hava buraxması praktiki olaraq mümkün deyil. Əgər beton evlərə zərərli maddələri-sintetik materiallardan hazırlanmış plastik qapı və pəncərələri, sintetik xalıları əlavə etsək, evin havası barədə təsəvvür yaratmaq çətin deyil. Bildiyimiz kimi sintetik materiallar allergiyaya səbəb olur. Yaşamaq üçün ən təhlükəsiz evlər isə şəhər ətrafında inşa edilən şəxsi evlər hesab olunurlar. Buna səbəb kimi həmin yerlərdə havanın təmiz olması göstərilir”, - deyə A.Hüseynli qeyd edib.

Mütəxəssis asbestin ağ ciyər xəstəliklərinə səbəb olduğunu və hazırda Avropa ölkələrində ondan istifadə edilən binaların söküldüyünü də diqqətə çatdırıb.

AzNews.az