Şirvan şəhərində atışma: dörd nəfər güllələnib

18 Mart 2013 21:08 (UTC+04:00)




APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb. Hadisənin təfərrüatı barədə məlumat veriləcək.

***
20:15
Şirvanda baş verən insidentdə güllə yarası alınmış digər şəxslərin adları məlum olub. Şirvan şəhər mərkəzi xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralılar insident zamanı dünyasını dəyişmiş Aşurov Zaur Əliyusif oğlunun qardaşı, 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğludur.

AzNews.az