Küveyt əmiri İlham Əliyevə məktub göndərdi

29 May 2018 18:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Dost Azərbaycanın Milli Bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Zati-alinizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Sizə olan yüksək ehtiramımı qəbul edin".