Putin Mixail Boçarnikovu Rusiyanın Azərbaycandakı səfiri təyin etdi

29 May 2018 21:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.