Əli Həsənov jurnalistlərin suallarını cavablandırdı - Fotolar

29 May 2018 19:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət idarəçiliyində demokratik normaları bərqərar etməsindən, eləcə də Cümhuriyyətin süqutu və Azərbaycanın SSRİ-nin tərkibindəki 70 illik tarixindən danışıb.

Prezidentin köməkçisi, həmçinin qonaqlara 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi uğurlu inkişaf yolu, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, əldə edilən böyük nailiyyətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.

Görüşdə Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Ölkəmizə səfərlərinin onlarda zəngin təəssürat yaratdığını qeyd edən indoneziyalı media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda gördükləri inkişaf proseslərinin onları valeh etdiyini bildiriblər.