AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,rayonun Qaragüney kəndində ümumi sahəsi 390 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları (tavanı qamışdan ibarət) və ev əşyaları 310 kv.m sahədə yanıb.
Evin qalan hissəsi, talvar və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.