AzNews.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununda Qırğızıstan millisini qəbul edib.
Qarşılaşma millimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə də Qurban Qurbanovun rəhbərliyi altında ilk qazandığımız qələbə kimi əlamətdar olub.
17-ci dəqiqədə Maksim Medvedev və 75-ci dəqiqədə Mahir Mədətov fərqlənib. Son nöqtəni isə 84-cü dəqiqədə Urfan Abbasov qoyub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.