Dolma Azərbaycan mətbəxinin kraliçasıdır - “Euronews” (Video)

29 May 2018 22:27 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:

“Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”.

“Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, - Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.

O, nənəsigildə dolmanın hazırlanmasını öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir.

Ceyran Əsgərova deyir:

“Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”.

“Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, - reportajda qeyd edilib.