Dünyanı yeni maliyyə böhranı gözləyir? - Proqnoz

29 May 2018 23:20 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Milyarderin sözlərinə görə, Avropa İttifaqı üç ciddi problemlə üzləşib: bunlar Avropaya qaçqın axını, ərazi dezinteqrasiyası və Avropa iqtisadiyyatının inkişafına əngəl olan sərt iqtisadi ölçülərdir.

“Avropa İttifaqı ekzistensial böhran yaşamaqdadır. Gözlənilən ən pis hadisələr onun başına gəlib”, - deyə Soros bildirib.

Soros hesab edir ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik Avropa iqtisadiyyatına, o cümlədən, Almaniyaya ağır zərbə vuracaq.

“Biz növbəti ciddi maliyyə böhranı ilə üzləşə bilərik”, - deyə Soros vurğulayıb.

AzNews.az