İsrail Qəzza zolağına yenidən zərbələr endirdi

30 May 2018 09:00 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilir.

Tərəflərin Misirin vasitəçiliyi ilə atəşkəsə hazır olması barədə bəyanatlarına baxmayaraq, qarşılıqlı raket zərbələrinin davam etdirildiyi bildirilir.

Bundan bir neçə saat əvvəl İsrail aviasiyası HƏMAS və “İslam cihadı” hərəkatlarının Qəzzadakı mövqelərinə 35 zərbə endirib.

AzNews.az