Trend-in məlumatına görə, 2003-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, buna əməl olunmayıb.
Qeyd edək ki, Kəşmir Pakistan və Hindistan arasında mübahisəli ərazi sayılır.
1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın nəzarəti altındadır. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmayıb.
AzNews.az