40 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

30 May 2018 10:00 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Qaxbaş kənd sakini, 1978-ci il təvəllüdlü Vitali İlya oğlu Lomaşvili bədənin küt travması və iki qabırğasının sınığı diaqnozu ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qax rayon Polis Şöbəsindən bildirilib ki, Vitali Lomaşvili həmkəndlisi Ramazi Tamazi oğlu Basaviaşvili bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Nəticədə Ramazi Basaviaşvili Vitali Lomaşvilini döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

AzNews.az