Baş nazirin birinci müavini Ararat Mirzoyan isə hətta bir müddət Aİ-nin Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq istiqamətində olan layihələrə rəhbərlik edib. Beləliklə N.Paşinyan hökumətinin strateji baxımdan Qərbpərəst, metodoloji baxımdan erməni hiyləsi olduğunu başa düşən İran N.Paşinyan hökumətinə münasibətini çəkinmədən açıqladı. H.Ruhani N.Paşinyanla telefonla danışdı, İranın vitse-prezidenti İshaq Cahangiri N.Paşinyana təbrik məktubu göndərdi. Rus dilli erməni mətbuatı İshaqı Eşak kimi təqdim etməsi də Tehranın Ermənistan üzrə qərarını dəyişmədi və Ermənistana satacaq qazın qiymətini açıqladı: Sərhəddə hər 1000 m3 165 dollara veriləcəkdir. Bu dünya bazarındakı qiymətdən 80-100 dollar ucuzdur.
Qazın qiymətinin açıqlanması İranüçün sadə məsələ deyil. S.Sərkisyan hökuməti son 5 ilində İrandan Ermənistana satacağı qazın qiyməti barədə dəqiq rəqəm əldə etməyə çoxsaylı cəhdlər etsə də, bu rəqəmi əldə edə bilməmişdi. N.Paşinyan hökumətinə isə İran çox asanlıqla bu rəqəmi açıqladı.
İranın N.Paşinyan hökumətinə təqdim etdiyi qiymət start qiymətidir. Başqa sözlə, danışıqlar nəticəsində İran qiyməti 150 dollardan aşağı sala bilər. Ermənistanın daxilində İran qazının “Qazprom”un(RF) infrastrukturu ilə paylanması isə İrana aid məsələ deyil. Əslində İranın hiyləsi də elə burada gizlənir. Rəsmi Yerevan “Qazprom”a təzyiqlərini artırır.İrana da bu lazımdır. Beləliklə, Ermənistan üzərində İran və Qərb Rusiyanın maraqlarını sıxışdırmaqda müttəfiqə çevrilirlər.
İran-Ermənistan qaz kəmərinin Ermənistanərazisindəki 40 km-lik hissəsinin tikintisinə İran tərəfi 220 milyon dollar vəsait xərcləmişdi. Serj Sərkisyan höküməti 2015-ci ildə bu kəməri“Qazprom”a bağışladı.
2017-ci ildə Mehri və Aqarak şəhərlərininqazpaylama şəbəkəsini Serj Sərkisyan höküməti Qazproma bağışladı. Bu ikikiçik sərhədyanı şəhərlərin qazpaylama şəbəkəsini 2 milyon dollar xərcçəkərək İran
yenicə tikmişdi.
Tehran N.Paşinyan hökuməti vasitəsi ilə Ermənistandan qisas almaq istəyir.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq