İrəvan universitetinin binası mühasirəyə alındı - Rektor xəstəxanaya düşdü

30 May 2018 13:20 (UTC+04:00)

Trend-in məlumatına görə, bu, tələbələrin universitet binasını mühasirəyə almasından sonra baş verib.

Təhsilin aşağı səviyyəsi, akademik azadlıqların olmaması, bir sıra informasiya resurslarının kasadlığı tələbələri rektoru istefaya çağırmağa vadar edib.

Binanın mühasirəsi zamanı orada olan rektorun səhhəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib.

2006-cı ildən universitetin rektoru vəzifəsini daşıyan Aram Simonyan istefaya getməyəcəyini bildirib.

AzNews.az