Türkiyə ilə ABŞ razılığa gəldi - Mənbiclə bağlı

30 May 2018 14:12 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüş zamanı PYD və YPG terrorçularının Mənbicdən çıxarılması ilə bağlı yol xəritəsinin detalları açıqlanacaq.

M.Çavuşoğlu əlavə edib ki, ABŞ dövlət katibi ilə görüş iyunun 4-də baş tutacaq.

AzNews.az