PSJ Ronaldoya illik 45 milyon avro təklif etdi

30 May 2018 14:19 (UTC+04:00)

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Ronaldo UEFA Çempionlar Liqasının finalından sonra verdiyi müsahibədə klubda qalıb-qalmayacağını hələ dəqiq bilmədiyini söyləyib. Onun bu açıqlamasından sonra Fransa klubu Ronaldoya illik 45 milyon avroluq məvacib təklif ediblər.

“Fair-play” qaydalarına əsasən, PSJ portuqaliyalını transfer etmək üçün bir neçə oyunçusunu satmaq məcburiyyətindədir. Komandanı Edinson Kavani, Qonsalo Quedeş və Anxel Di Mariyanın tərk edəcəyi ehtimal olunur.

AzNews.az