Kənd sakinlərindən silah-sursat götürüldü

30 May 2018 15:12 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

Həmçinin Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 9 ədəd patron götürülüb.