AZƏRTAC xəbər verir ki, “Qızıl top”un beşqat qalibi Argentinanın “El Trece” telekanalına açıqlamasında karyerasını vətənində bitirmək istədiyini söyləyib.
“Bir gün Argentinada oynamaq istədiyimi həmişə demişəm. Bunun mümkün olub-olmayacağını bilmirəm, ancaq bu fikir beynimdə həmişə var. Yalnız “Nevells Old Boys”da oynayaram, başqa klubda yox. Altı ay da olsa bu klubda forma geymək istərdim”, – deyə Messi bildirib.
AzNews.az