Telman İsmayılovun işçiləri etiraz aksiyası keçirtdilər

30 May 2018 17:31 (UTC+04:00)

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.

Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.

AzNews.az