“Türkiyə xalqı ABŞ-ı İncirlik aviabazasında görmək istəmir”

30 May 2018 17:39 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlunun sözlərinə görə, buna səbəb Vaşinqtonun Ankara ilə münasibətdə həyata keçirdiyi qeyri-səmimi siyasətdir.

Nazir qeyd edib ki, ABŞ Türkiyə kimi müttəfiqi itirməməlidir.

M.Çavuşoğlu ABŞ-ın səhv addımlardan geri dönəcəyinə ümid etdiyini deyib:

“Amma əgər ümidlərimiz doğrulmasa, Türkiyə öz gücünü göstərə bilər”.

AzNews.az