Hava Hücumundan Müdafiə qoşunlarının təlim mərkəzində yarış keçirilir - Fotolar

30 May 2018 19:42 (UTC+04:00)

AzNews.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.

Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək.

Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.