AzNews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldri deyib.
Diplomat bildirib ki, iki ölkə anlaşma memorandumu imzalamağı planlaşdırır: "Artıq bir neçə razılaşmanın imzalanması üzərində çalışırıq. Bu razılaşmalar siyasət, turizm, iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edəcək. Mən Azərbaycanla Peru arasında razılaşmaların bu il imzalanacağını hesab edirəm".
Luis Çanq Boldri qeyd edib ki, Perunun Azərbaycana ilk səfirinin təyin olunması iki ölkə arasında əməkdaşlığı daha da intensivləşdirəcək.