Türkiyə ABŞ-ı ittiham etdi

31 May 2018 11:28 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, ABŞ Suriyada Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmaq əvəzinə, terrorçularla əməkdaşlığı üstün tutur:

"Terrorizmlə mübarizə apardığını təsdiq edən bir dövlət (ABŞ - red.) terrorçulara dəstək verməməlidir".

M.Çavuşoğlu bildirib ki, Türkiyə Suriyada terrorçularla mübarizə aparan yeganə ölkədir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ı Suriyada PYD və YPG döyüşçülərinə hərbi dəstək verməkdə ittiham edirdi.

AzNews.az