AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təşkilatın 2000-ci ildən Avropa, 2002-ci ildən Dünya Tibb assosiasiyalarının üzvü seçildiyini bildirib. Qeyd edilib ki, qurum həkimlərin peşəkarlığının artırılması, onların hüquq və maraqlarının qorunması, həmçinin əhalinin tibbi maarifləndirilməsinə xidmət edir.
Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner və Dünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış ediblər.
Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov ölkəmizdə səhiyyənin inkişafı, icbari tibbi sığortanın tətbiqi sahəsində aparılan işlərdən danışıb.
İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək.
AzNews.az