Bakıdakı karxanada faciəli ölüm

19 Mart 2013 09:50 (UTC+04:00)
Bakının Səbail rayonu ərazisində yerləşən karxanada bədbəxt hadisə olub.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Salyan şossesi-32 ünvanında yerləşən daş karxanasında işləyən 50 yaşlı Səfa Həmidovun üstünə daş düşüb. S.Həmidov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az