Azyaşlının üstünə qaynar su dağıldı

31 May 2018 13:01 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Emil Tural oğlu Şıxəlizadənin üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az