Sevinc Osmanqızı ANS-i tərk edir

19 Mart 2013 09:54 (UTC+04:00)
ANS telekanalının Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı ANS ilə əməkdaşlığını sona çatdırmaq üzrədir. Bu barədə Modern.az saytına ANS telekanalından məlumat verilib.

Bildirilib ki, S.Osmanqızı aprelin 1-dən BBC radisosunun Azərbaycan xidmətində çalışacaq, o, burada yeni vəzifəyə təyin olunub. Belə ki, Sevinc Osmanqızının BBC-nin Azərbaycan xidmətinin baş redaktoru Deyan Radoyeviçi əvəz edəcəyi bildirilir. Yəni xanım jurnalist aprelin 1-dən BBC-nin Azərbaycan xidmətinin baş redaktoru vəzifəsində çalışacaq.

Jurnalist fəaliyyətinə "Assa-İradə" xəbər agentliyində parlament müxbiri kimi başlayan S.Osmanqızı sonralar AzTV-də çalışıb. 1993-cü ildə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 3-cü katib vəzifəsində işləyib. 1994-2000-ci illərdə BBC radiosunun Azərbaycan redaksiyasında çalışan S.Osmanqızı, 2000-2008-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin rəhbəri işləyib. 2009-cu ildən ANS TV-də çalışır.

Yeri gəlmişkən, S.Osmanqızının həyat yoldaşı da bir müddət BBC radiosunda işləyib.

AzNews.az