FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - Yenilənib

31 May 2018 16:50 (UTC+04:00)

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Vəziyyətləri normaldır.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
14:24

Bakıda çoxmərtəbəli binada yanğının qarşısı alınıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Bakının Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.

***
13:57

Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzNews.az-a verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.