Bakıda avtomobil dayanacağında yanğın

19 Mart 2013 10:00 (UTC+04:00)


Ötən gün gecə saatlarında Bakının Nərimanov rayonunda avtomobil dayanacağında yanğın baş verib



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı minik avtomobili yanaraq külə dönüb.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:13 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az