Azərbaycanda yeni medal təsis edildi

31 May 2018 14:42 (UTC+04:00)

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

AzNews.az