Polşada təyyarə qəzası - Ölənlər var

31 May 2018 14:47 (UTC+04:00)

Trend-in məlumatına görə, Lodzinski rayonunda baş vermiş təyyarə qəzası zamanı 2 nəfər ölüb.

İlkin məlumata görə, təyyarənin eniş edərkən qəzaya uğraması ehtimal olunur. Lakin qəzanın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hadisə yerinə tibbi yardım briqadası cəlb olunub. Hazırda insidentlə əlaqədar prokurorun rayona səfəri gözlənilir.

AzNews.az