Bakıdakı konfrans səhiyyənin inkişafında yeni istiqamətləri müəyyən edəcək - Rəşad Mahmudov

31 May 2018 14:13 (UTC+04:00)

Bu sözləri Bakıda keçirilən Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransında iştirak edən Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov Azərtac-a müsahibəsində deyib.

R.Mahmudov deyib: “Avropa Tibb Assosiasiyaları Forumunun növbəti konfransının Bakıda keçirilməsi təqdirəlayiq hadisədir. Konfransda dünyanın aparıcı qurumları, tibb assosiasiyaları və tibb təhsili federasiyaları və bu qurumların rəhbərləri iştirak edirlər. Ümumilikdə 25 ölkənin tibb assosiasiyasının sədrlərinin, eləcə də aparıcı mütəxəssislərin dünyanın qabaqcıl ölkələrində tətbiq edilən icbari tibbi sığorta və diplomdansonrakı davamlı tibb təhsili, ilkin səhiyyə təşkilatçılığı, səhiyyə kadrlarının resurslarının planlaması istiqamətində məruzələri dinləniləcək. Avropa ölkələrinin, eləcə də postsovet ölkələrinin bu sahədə qazandıqları uğurlar və gələcək perspektivlər barədə müzakirələr aparılacaq. Ümid etməyə dəyər ki, konfrans təkcə bizim ölkəmizdə deyil, ümumən Avropa və dünya ölkələrində səhiyyənin inkişafı üçün yeni inkişaf istiqamətlərini müəyyən edəcək”.