Ronaldo 8 il həbs cəzası ala bilər

31 May 2018 16:30 (UTC+04:00)

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.

Təcrübəli forvard 2011 - 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.

Qeyd edək ki, bu gün Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldo ilə bağlı olmadığını açıqlayıb.

AzNews.az