Sabiq namizəd həbsdə saxlanıldı

19 Mart 2013 10:15 (UTC+04:00)


Trend-in verdiyi məlumata görə, Ermənistan KİV məhkəmənin Sedrikyanın vəkilinin həbslə bağlı şikayətini rədd etməsi barədə xəbər yayıb.
"Məhkəmənin qərarından 15 gün ərzində Kassasiya Məhkəməsinə şikayət edilə bilər, lakin Sedrakyan ilə bu məsələni müzakirə etməliyəm", - Sedrikyanın vəkili Aleksandr Sirunyan deyib.
Vəkil Sedrikyanın həbsini qanunsuz adlandırıb və əlavə edib ki, onun saxlanılması üçün əsas kifayət qədər deyil.
O, həmçinin Sedrakyanın səhhətinin normal olduğunu bildirib.
Qeyd edək ki, Sedrakyan martın 5-də prezidentliyə digər sabiq namizəd Paruyr Hayrikyana qarşı sui-qəsd təşkil edilməsinə görə həbs edilmişdi.

AzNews.az