Trend-in məlumatına görə, bu barədə ölkə parlamentinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar səs çoxluğu ilə qəbul edilib və yeni qərara əsasən, qadağaya əməl etməyənlər cərimələnəcək.
Bildirilir ki, ilk dəfə belə hal baş verərsə, həmin qadın 123 avro məbləğində cərimələnəcək. Məlumata görə, 4 və daha çox belə hallar təkrarlanarasa, yəni təkrar qadağanı pozmaya görə 1340 avro məbləğində cərimə nəzərdə tutulur.
Parlamentin qəbul etdiyi qərarda isə deyilir: "Nə paranca, nə niqab Danimarka mədəniyyətinə uyğun gəlmir".
AzNews.az