TQDK abituriyentlərə müraciət etdi

19 Mart 2013 10:22 (UTC+04:00)


Qurumun mətbuat xidmətindən verilən məlumata görə, TQDK tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaq.
Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

AzNews.az