Məşhur ingilis klubu yeni stadion tikmək qərarını təxirə saldı - Səbəb?

31 May 2018 19:32 (UTC+04:00)

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə problemləri ilə üzləşməsi olub. Yeni tikiləcək arenanın Avropada ən bahalı stadion olması planlaşdırılırdı.

Xatırladaq ki, klubun sahibi rusiyalı milyarder Roman Abromoviç viza problemləri ilə üzləşmişdi. Layihənin reallaşmamasının digər səbəbi kimi bu göstərilir.

Qeyd edək ki, "Çelsi" klubu yeni stadion üçün 500 milyon funt sterlinq ( təxminən 1 milyard avro) xərcləmək niyyətindədir.